<?xml version="1.0" encoding="UTF-8"?><song><hymn_number>327</hymn_number>
<lyrics>[V1]
 Məsih həyat tacıdır, sözü dərd əlacıdır,
 Məsihin övladları əziz qardaş-bacıdır.

[C1]
   Əzizim, gedər-gəlməz,gün gedər, bir də gəlməz,
   Məsih əbədi həyat, heç vaxt bitib tükənməz.

[V2]
 Həyat Rəisi Sənsən, həyatın özü Sənsən,
 Sözün şəfa mənbəyi, qəlblərə məlhəm Sənsən.

[C2]
   Yatmış bəndə ,gəl oyan, qəfl ət yuxudan oyan,
   Səni Məsih səsləyir, nə yatmısan, tez oyan!

[V3]
 Gün gələr, batar-gedər, vəfasız atar, gedər,
 Məsih xilas eyləyər, dərd-bəla , kədər gedər.

[C3]
   Məsih Göydən gəlmədir,O, əzəldən Kəlmədir,
   Ona iman eyləyən burda qərib, gəlmədir.

[V4]
 Çarmıxda öldü İsa, ölüb dirildi İsa,
 Düşmənə qalib gəlib Göylərə getdi İsa.

[C4]
   Günahçün öldü İsa, ölüb dirildi İsa,
   Böyük məhəbbətiylə qələbə çaldı İsa.
   Göylərdən gələn Odur,Müjdə gətirən Odur,
   İsa Allahın Oğlu, səninçün qurban Odur!</lyrics>
<title>Məsih həyat tacıdır, sözü dərd əlacıdır İL327</title>
</song>